Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Qazaxıstan və Azərbaycan birgə hərbi dəniz təlimləri keçirəcək
Ana Sayfa > Karusel / Dünya > Qazaxıstan və Azərbaycan birgə hərbi dəniz təlimləri keçirəcək

Qazaxıstan və Azərbaycan birgə hərbi dəniz təlimləri keçirəcək


10-04-2025, 08:46. Yazar: Admin

Qazaxıstan və Azərbaycan birgə hərbi dəniz təlimləri keçirəcək

Qazaxıstan və Azərbaycan “Caspian Breeze - 2025” birgə hərbi dəniz təlimləri keçirəcək

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə təlimlər tezliklə Xəzər dənizinin Qazaxıstan sektorunda baş tutacaq.

“Dənizçilər asimmetrik təhlükələrin dəf edilməsi, qəza vəziyyətində olan təyyarə, gəmi və gəmilərə yardımın göstərilməsi, həmçinin dəniz və hava hədəflərində canlı atışlar həyata keçirəcəklər”, - məlumatda deyilir.

Təlimlər üçün Azərbaycandan iki patrul gəmisi, bir yardımçı gəmi və sahil bölmələri gələcək.


Geri dön