Ana Sayfa > Karusel / Gündəm > “Mən əsgərəm, ölkə başçısı nə məsləhət görəcəksə, hazıram”
“Mən əsgərəm, ölkə başçısı nə məsləhət görəcəksə, hazıram”9-04-2025, 13:32. Yazar: Admin |
“Ölkənin hərbi prokuroru kimi səlahiyyət müddətim başa çatmışdı. Ona görə də mənim təqaüdə yola salınmağım gözlənilməz olmadı”. Qarabaginfo.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında dünən təqaüdə göndərilən hərbi prokuror Xanlar Vəliyev bildirib. Konstitusiya Məhkəməsinə hakim göndəriləcəyinə dair yazılanlara gəlincə, Xanlar Vəliyev “Mən əsgərəm. Ölkə başçısı nə məsləhət görəcəksə, hazıram”, - deyib. Qeyd edək ki, 1955-ci il təvəllüdlü Xanlar Vəliyev 2005-ci ildən Azərbaycanın hərbi prokuroru idi.
Geri dön |