Bu ilin yanvar-fevral ayında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1319,4 milyon manat olub.
Bu barədə Qarabaginfo.az-a Bakı Statistika İdarəsindən bildirilib.
Məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,2% çoxdur.
İki ayda hüquqi şəxslər tərəfindən əhaliyə 1190,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 90,2%-ni təşkil edib.