Ana Sayfa > Karusel / İqtisadiyyat > Bakı metrosuna Avropadan vaqonlar alınacaq
Bakı metrosuna Avropadan vaqonlar alınacaq7-04-2025, 11:28. Yazar: Admin |
2030-cu ilə qədər Bakı metrosuna 300 yeni vaqon alınması planlaşdırılır. Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC sədrinin müşaviri Emil Əhmədov deyib. O qeyd edib ki, vaqonların hələlik hansı ölkədən alınacağı məlum deyil: O bildirib ki, bu ildən etibarən Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması nəzərdə tutulur: “Bu, hər xəttin müstəqil işləməsinə, idarəetmənin səmərəliyinin və sərnişindaşıma keyfiyyətinin artırılmasına imkan yaradacaq. Bu məqsədlə "Cəfər Cabbarlı" ilə "Nizami" stansiyaları arasında, təxminən, 200 metrlik tunel tikiləcək və bununla da xətlər bir-birindən ayrılaraq müstəqil fəaliyyət göstərəcək. Sərnişin axınının daha səmərəli tənzimlənməsi üçün “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında əlavə keçid də tikiləcək". E.Əhmədov deyib ki, əsas layihələrdən biri "Dərnəgül" elektrik deposunun tikintisidir: Geri dön |