Ana Sayfa > Karusel / İqtisadiyyat > "Bitcoin"in qiyməti 77 min dollara enib - Kriptovalyuta bazarının son göstəriciləri
"Bitcoin"in qiyməti 77 min dollara enib - Kriptovalyuta bazarının son göstəriciləri7-04-2025, 10:20. Yazar: Admin |
Aprelin 7-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti kəskin azalıb. Qarabaginfo.az xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:30-da “CoinMarketCap” platformasında 7.55% ucuzlaşaraq 77 170 ABŞ dolları təşkil edib. Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 14.32% azalaraq 1549 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 15.56%, BNB isə 7.29% ucuzlaşıb. Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb. Geri dön |