Ana Sayfa > Karusel / Gündəm / Səhiyyə > TƏBİB: Azərbaycan ÜST-ün təsdiqləmədiyi koronavirus əleyhinə peyvəndi almayacaq
TƏBİB: Azərbaycan ÜST-ün təsdiqləmədiyi koronavirus əleyhinə peyvəndi almayacaq2-12-2020, 17:25. Yazar: Admin |
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənməyən koronavirus əleyhinə peyvəndi almayacaq. Bu barədə -Qarabaginfo.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, ÜST peyvəndi təsdiqləyərsə, o zaman əldə olunacaq. "Vaksinin ABŞ, Türkiyə, yaxud hansısa digər ölkə istehsalı olmasının fərqi yoxdur. Təsdiqlənən vaksin olduğu təqdirdə, nə vaxtdan tətbiq ediləcəyi də bəlli olacaq", - deyə TƏBİB-dən bildirilib. Qeyd edək ki, Böyük Britaniya koronavirusa qarşı dünyada birinci olaraq Pfizer-BioNtech vaksinini istifadə üçün bəyənib. Vaksinin gələn həftədən bütün ölkə üzrə tətbiqinə başlanılacaq. Koronavirusa qarşı Pfizer-BioNtech vaksini ÜST tərəfindən hələlik təsdiqlənməyib. Apa Geri dön |