Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > ABŞ Dövlət katibi: Tramp sonu görünməyən danışıqlarda iştirak etməyəcək
ABŞ Dövlət katibi: Tramp sonu görünməyən danışıqlarda iştirak etməyəcək4-04-2025, 16:46. Yazar: Admin |
ABŞ aylar sonra yox, bir neçə həftə sonra Rusiyanın sülhə hazır olub-olmadığını biləcək. Qarabaginfo.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Marko Rubio NATO xarici işlər nazirlərinin Brüssel görüşünün yekunlarını şərh edərkən deyib. O bildirib ki, bu müharibəni hər iki tərəf üçün məqbul şərtlərlə bitirmək mümkündür: “Əgər hər iki tərəf razılaşarsa. İndi bu şərtləri tapmaq prosesindəyik və tezliklə Rusiyanın sülhə hazır olub-olmadığını aylar sonra yox, həftələr sonra biləcəyik” Rubionun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın əsas məqsədi Ukraynada müharibəni mümkün qədər tez bir vaxtda başa çatdırmaqdır: “Əgər yenidən müharibəni uzatmaq taktikası seçilsə, sonu görünməyən danışıqlarda iştirak etməyəcəyik. Nə biz, nə də Donald Tramp bu yola getməyəcək”. Geri dön |