Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda un istehsalçılarının topdan satış qiymətləri açıqlanıb
Azərbaycanda un istehsalçılarının topdan satış qiymətləri açıqlanıb4-04-2025, 16:24. Yazar: Admin |
3 aprel tarixinə Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat arasında dəyişib. Bu barədə Qarabaginfo.az-a Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən bildirilib. Məlumata görə, unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb. Xatırladaq ki, martın 17-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,8-28,2 manat arasında dəyişib. Geri dön |