Ana Sayfa > Karusel / İqtisadiyyat > Mərkəzi Bank iki valyuta mübadiləsi məntəqəsinə icrası məcburi göstəriş verib

Mərkəzi Bank iki valyuta mübadiləsi məntəqəsinə icrası məcburi göstəriş verib


4-04-2025, 15:24. Yazar: Admin

 

Mərkəzi Bank manatla bağlı bəyanat yaydı - 2025-ci ildə... Yeni Sabah

Azərbaycan Mərkəzi Bankı (AMB) “Eliko” MMC-yə və “Meta-Kapital” MMC-yə icrası məcburi göstəriş verib.

Bu barədə Qarabaginfo.az-a AMB-yə istinadən xəbər verir.

Məlumata görə, “Eliko” MMC və “Meta-Kapital” MMC-tərəfindən 2025-ci ilin fevral ayının sonuna aylıq hesabatlarının “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq təqdim edilməməsinə görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Eliko” MMC-yə bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

 


Geri dön