Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Region > Rusiya üç moldovalı diplomatı ölkədən çıxarır
Rusiya üç moldovalı diplomatı ölkədən çıxarır4-04-2025, 14:17. Yazar: Admin |
Rusiya Federasiyası üç moldovalı diplomatı ölkədən çıxarır. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Moldova hökumətinin Rusiya səfirliyinin üç əməkdaşının persona non-qrata elan edilməsi ilə bağlı qərarı ilə əlaqədar Moldovanın Rusiya Federasiyasındakı səfiri XİN-ə çağırılıb. Səfirə kəskin etiraz bildirilib. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya diplomatik missiyasını Moldovanın daxili işlərinə qarışmaqda ittiham etmək cəhdlərinin heç bir əsası yoxdur. Qeyd edək ki, bir neçə gün bundan öncə Moldova üç rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib. Geri dön |