Ana Sayfa > Karusel / Siyasət / Region > Hakan Fidan fransalı həmkarı ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib

Hakan Fidan fransalı həmkarı ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib


3-04-2025, 14:20. Yazar: Admin

Hakan Fidan fransalı həmkarı ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan dünən Parisdə Fransa xarici işlər naziri Jan Noel Barrot ilə görüşüb.
Qarabaginfo.az-ın Fransa Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Nazirlər həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının əhəmiyyətini vurğulayıblar:


“Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın iki dövlətin ərazi bütövlüyü və suverenliyinə hörmət etməklə sülh, inteqrasiya və əməkdaşlıq məkanına çevrilməsinə imkan verməlidir”.


Geri dön