Ana Sayfa > Karusel / Siyasət > Sisi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Sisi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb3-04-2025, 13:25. Yazar: Admin |
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. qarabaginfo.az xəbər verir ki, təbrikdə deyilir: "Zati-aliləri. Bütün dünya müsəlmanlarının qeyd etdikləri Ramazan bayramı münasibətilə Sizə və dəyərli xalqınıza ən səmimi təbriklərimi çatdırmaq mənim üçün böyük şərəfdir. Allah-Taaladan oruclarımızı, dualarımızı və xeyirxah əməllərimizi qəbul etməsini və İslam ümmətinin daha parlaq və təhlükəsiz gələcəyi üçün səylərimizdə bizə öz xeyir-duasını nəsib etməsini diləyirəm. Hörmətli cənab Prezident, bu mübarək bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost ölkələrimizin davamlı olaraq inkişaf etməsini arzulayıram. Bayramınız mübarək!" Geri dön |