Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycanda manatla verilmiş kreditlər bahalaşıb
Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda manatla verilmiş kreditlər bahalaşıb

Azərbaycanda manatla verilmiş kreditlər bahalaşıb


3-04-2025, 12:17. Yazar: Admin

Azərbaycanda manatla verilmiş kreditlər bahalaşıb

2025-ci il mart ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18,07% təşkil edib.

Qarabaginfo.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, manatla yeni verilmiş kreditlərin orta faiz dərəcələri əvvəlki ayla müqayisədə 0.32 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 2 faiz bəndi artıb.

Qeyd edək ki, cari ilin mart ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 27 milyard 592.4 milyon manata bərabər olub. Kredit portfelinin 14 milyard 777 milyon manatı biznes kreditləri, 8 milyard 544 milyon manatı istehlak kreditləri, 4 milyard 271.4 milyon manatı isə ipoteka kreditləri təşkil edib.


Geri dön