Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili istefa verib.
Qarabaginfo.az-ın Tbilisi müxbiri yerli KİV-ə istinadən xəbər verir ki, hakim “Gürcü Arzusu” DTX rəisi postuna Anri Oxanaşvilinin namizədliyini irəli sürüb.
Baş nazir İrakli Kobaxidze Oxanaşvilinin namizədliyinin Gürcüstan parlamentinə təqdim olunacağını bildirib.