Ana Sayfa > Karusel / Siyasət > Əhməd əl-Şaraa Prezident İlham Əliyevi təbrik edib
Əhməd əl-Şaraa Prezident İlham Əliyevi təbrik edib1-04-2025, 20:32. Yazar: Admin |
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Qarabaginfa.az xəbər verir ki, təbrik məktubunda deyilir: "Cənab Prezident, Əziz Qardaş. Mübarək Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan Respublikasına daha da çox tərəqqi, rifah və əmin-amanlıq arzu edirəm. Birgə səylərimizlə ölkələrimizin və xalqlarımızın, həmçinin İslam ümmətimizin xoşbəxtliyi naminə Uca Allaha dua edirəm. Bayramınız mübarək!" Geri dön |