Ana Sayfa > Karusel / Sosial > Həbsdə olan qadınlar və yeniyetmələr Novruz Bayramını qeyd edib –FOTO

Həbsdə olan qadınlar və yeniyetmələr Novruz Bayramını qeyd edib –FOTO


22-03-2025, 13:08. Yazar: Admin

 

Xalqımızın milli ruhunu, qədim adət-ənənələrini özündə yaşadan Novruz bayramı Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsi və Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində təntənəli şəkildə qeyd edilib.

Bayram münasibətilə müəssisələrdə xüsusi tədbirlər təşkil edilib. Məhkum qadınlar və yeniyetmələr üçün keçirilən tədbirdə onların hazırladığı Novruzun rəmzlərini və adət-ənənələrini əks etdirən əyləncəli və musiqili proqramlar nümayiş olunub.

 


Geri dön