Ana Sayfa > Karusel / Cəmiyyət > Mediasiya Şurası şikayətçilərin yarısını barışdıra bilir
Mediasiya Şurası şikayətçilərin yarısını barışdıra bilir22-03-2025, 12:12. Yazar: Admin |
Son günlərdə ölkəmizdə Mediasiya Şurasının fəaliyyəti ilə bağlı müzakirələr aparılır. Belə ki, bəziləri mediasiya porsesinin effektiv olmadığını vurğulayır, bəziləri isə sözügedən şuranın səlahiyyətlərinin artmasının boşanmalara təsir edəcəyini düşünür.
Qarabaginfo.az xəbər verir ki, son statistikalara görə mediasiya təşkilatlarına ümumilikdə 43 min 639 müraciət daxil olunub. Daxil olan müraciətlərdən 82.18 faizi ailə mübahisələri üzrə qeydiyyata alınıb. Qeyd edək ki, ailə mübahisələri üzrə daxil olan 35 min 863 müraciətin 6 min 297-na əsassız iddiaların və ilkin mediasiya sessiyalarında iştirak etdikdən sonra məhkəməyə müraciət etmək fikrindən imtina edilib və müraciətlər üzrə xitam verilib. Barışıq sazişlərinin mübahisənin növü üzrə təsnifatında isə ailə mübahisələri üzrə 2 min 472 barışıq sazişi imzalanıb. Onu da qeyd edək ki, Milli Məclisin son iclasında Mediasiya Şurasının funkisyaları artırılıb. Təklif olunan dəyişikliyə əsasən, Mediasiya Şurası mediatorların və mediasiya təşkilatlarının təkmilləşdirilməsi fəaliyyətinin və mediasiya xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə tədbirlər görəcək. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub. Geri dön |