Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ermənistan Türkiyə ərazisi ilə Suriyaya yardım göndərib
Ana Sayfa > Karusel / Dünya > Ermənistan Türkiyə ərazisi ilə Suriyaya yardım göndərib

Ermənistan Türkiyə ərazisi ilə Suriyaya yardım göndərib


21-03-2025, 18:19. Yazar: Admin

Ermənistan Türkiyə ərazisi ilə Suriyaya yardım göndərib

Ermənistan Türkiyə ərazisi ilə Suriyaya yardım göndərib.

Qarabaginfo.az-ın xəbərinə görə, Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bununla bağlı türkiyəli həmkarlarına təşəkkür edib.

Qeyd edilib ki, humanitar yüklü 4 maşın bu gün Ermənistan-Türkiyə sərhədindəki Marqara sərhəd-keçid məntəqəsindən keçib.

Xatırladaq ki, Ermənistan hökumətinin qərarı ilə Türkiyə üzərindən Suriyaya humanitar yardımın göndərilməsi üçün Ermənistan-Türkiyə sərhədindəki Marqara sərhəd-keçid məntəqəsi martın 21-dən 31-dək açılıb. Bildirilib ki, bu qərarın qəbulu Ermənistan Respublikası adından Suriya Ərəb Respublikasına göndərilmiş humanitar yardımın Türkiyə ərazisindən quru nəqliyyatı ilə daşınması zərurəti ilə əlaqədardır.


Geri dön