Ana Sayfa > Karusel / Sosial > Tovuzda günlərdir evdə tək qalan 1 yaş 2 aylıq körpə tapıldı - Yenilənib - Foto

Tovuzda günlərdir evdə tək qalan 1 yaş 2 aylıq körpə tapıldı - Yenilənib - Foto


20-03-2025, 23:11. Yazar: Admin

tovuzda-gunlerdir-evde-tek-qalan-1-yas-2-ayliq-korpe-tapildi

Tovuz rayonunda evdə üç gündür tək qalan körpə aşkarlanıb.

Qarab aginfo.az xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Belə ki, qonşuların müraciəti əsasında üç gün evdə tək qalan körpə xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, körpənin anası Göygöl rayonundandır və Tovuz rayonunda kirayədə qalıb. Körpə də kirayədə olan mənzildə tapılıb.

Faktla bağlı araşdırma başlanılıb.

***

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə Regional Qrupundan sorğumuza cavab olaraq bildirilib ki, Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub.

“Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.

Uşaq polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Ona tibbi yardımlar göstərilib, uşağın sağlamlığında həyati təhlükə olmadığı məlum olub.

Rayon ərazisində fəaliyyət göstərən kafelərin birində çalışan uşağın anası ilə profilaktik söhbətlər aparılıb və sonradan uşaq anasına təhvil verilib”.


Geri dön