Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Region > Paşinyan Ermənistan MN-ə təlimat verdi - “Atəşkəsi pozmayın”
Paşinyan Ermənistan MN-ə təlimat verdi - “Atəşkəsi pozmayın”19-03-2025, 19:55. Yazar: Admin |
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Müdafiə Nazirliyinə Azərbaycanla atəşkəsi pozlmamaqla bağlı təlimat verib. Qarabaginfo.az xəbər verir ki, o bu barədə sosial şəbəkəsindəki səhifəsində yazıb. “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Ermənistan Müdafiə Nazirliyinə təlimatım aydındır: atəşkəs rejimini pozmayın. Ermənistan müharibəyə deyil, sülhə doğru gedir”, - Baş nazir bildirib. Qeyd edək ki, bir neçə gündür Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulur. Azərbaycan MN-dən verilən sonuncu açıqlamada martın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutduğu bildirilib. ![]()
Geri dön |