Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / İnfrastruktur > Kür çayından götürülən su necə təmizlənir?
Kür çayından götürülən su necə təmizlənir?19-03-2025, 15:54. Yazar: Admin |
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Kür Su Təchizatı İdarəsi 1970-ci ildən içməli su istehsalını həyata keçirir. Bu barədə Qarabaginfo.az-a Xidmətdən bildirilib. İdarənin ərazisində yerləşən Kür Su Kəmərləri Kompleksinin sutəmizləyici qurğuları Kür çayının səthi suları bazasında layihələndirilərək tikilib. Kür sutəmizləyici qurğuları hər biri sərbəst fəaliyyət göstərməklə bir-biri ilə paralel yerləşdirilib və eyni ərazidə tikilib. Bu kompleks şərti olaraq KÜR-1 və KÜR-2 adlandırılıb. KÜR-1 su kəmərləri iki mərhələdə, 1970 və 1971-ci illərdə tikilərək istismara verilib. KÜR-2 Sutəmizləyici Qurğuları Kompleksi isə üç mərhələdə - 1984, 1986 və 1988-ci illərdə inşa olunub. Qurğular əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təminatına xidmət edir. Kür çayı qar, yağış və sel suları ilə qidalandığı üçün bulanıqlıq həddi normadan yuxarı olur. Bu halda radial su durulducuları işə salınır. Radial durulducularda çökdürülmə prosesləri zamanı kimyəvi reagentlərdən istifadə olunur, nəticədə durulma effektliyi 80-85%-ə qədər artırılır. Bu duruldulmanın birinci pilləsi adlanır. İkinci pillədə isə şəffaflanma prosesi üfüqi tipli durulducularda aparılır. Kür sutəmizləyici qurğularda texnoloji ardıcıllıqlara uyğun olaraq üçünçü pillə təmizləmə-tam şəffaflanma adlandırılır, bu proses sürətli süzgəclərdə aparılır. Emal prosesləri zamanı sular süzgəclərdən keçirilərək içməli su həddinə çatdırılır. Süzgəclərdə təmizlənmiş su təmiz su rezervuarına toplanılır və oradan da qaldırıcı nasoslar vasitəsilə Bakı şəhərinə və digər tələbatçılara verilir. Bütün bu proseslərə Kür Su Təchizati İdarəsinin mütəxəssisləri nəzarət edir. Laboratoriyada işlər fasiləsiz icra olunur. “Həmçinin Şirvan şəhərində yerləşən regional laboratoriyada da həftədə 2 dəfə suyun tərkibi yoxlanılır. Qarşıda qoyulan öhdəliyə əsasən əhaliyə çatdırılan su yüksək keyfiyyətə cavab verməlidir. Xidmət olaraq bu tapşırığı layiqincə yerinə yetirməyə çalışırıq. Qeyd edək ki, Kür Su Təchizatı İdarəsi aran bölgəsinin 7 rayonuna xidmət göstərir. Bu rayonlar Saatlı, Sabirabad, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonları və Şirvan şəhəridir. Bundan başqa magistral kəmər boyu kənd və qəsəbələrə də keyfiyyətli Kür suyu verilir. Geri dön |