Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Peskov Ukraynanın Rusiyadakı obyektlərə zərbələri dayandırmadığını bildirib
Ana Sayfa > Karusel / Dünya > Peskov Ukraynanın Rusiyadakı obyektlərə zərbələri dayandırmadığını bildirib

Peskov Ukraynanın Rusiyadakı obyektlərə zərbələri dayandırmadığını bildirib


19-03-2025, 15:33. Yazar: Admin

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov

 

“Kiyev gecə saatlarında Rusiyanın ərazisindəki obyektlərə zərbələrin endirilməsini dayandırmayıb. Bu isə Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın münaqişənin dinc yolla həlli istiqamətlərindəki səyləri ilə ziddiyyət təşkil edir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Rusiya dövlət başçısının Ukraynanın infrastruktur obyektlərinə zərbələrin dayandırılması haqqındakı əmri dərhal yerinə yetirilib.

Peskovun sözlərinə görə, “hazırda Rusiya hakimiyyəti Kiyevin Moskva ilə Vaşinqtonun sülh yoluna yönəlmək istiqamətindəki niyyətinə uyğun davranıb-davranmayacağını diqqətlə izləyir”.

“19–20 mart tarixlərində Rusiya ilə ABŞ həm növbəti təmasların tarixini və bu prosesdə iştirak edəcək şəxslərin siyahısını razılaşdırır”, - Kreml rəsmisi əlavə edib.


Geri dön