Ana Sayfa > Karusel / Gündəm / Səhiyyə > Azərbaycanda daha 4426 nəfər COVID-19-a yoluxub, 1995 nəfər sağalıb, 41 nəfər vəfat edib
Azərbaycanda daha 4426 nəfər COVID-19-a yoluxub, 1995 nəfər sağalıb, 41 nəfər vəfat edib1-12-2020, 14:49. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4426 yeni yoluxma faktı qeydə alınıb, 1995 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaqinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 125 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 nəfər vəfat edib, aktiv xəstə sayı 47 272 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, ötən müddət ərzində isə ümumilikdə 1 746 198 test aparılıb. Geri dön |