Ana Sayfa > Karusel / Sosial > Yasamal və Suraxanının bəzi ərazilərində qaz olmayacaq
Yasamal və Suraxanının bəzi ərazilərində qaz olmayacaq18-03-2025, 10:33. Yazar: Admin |
Yasamal rayonu, H.B.Zərdabi küçəsində qaz quyusundakı siyirtmədə aşkar olunmuş sızmanın aradan qaldırılması, Suraxanı rayonu, O.Şabanov küçəsinda qaz sayğaclarının giriş hissələrinin fleks üsulu ilə yığılması məqsədilə 18.03.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. "Azəriqaz"dan Qarabaginfo.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun H.B.Zərdabi küçəsi və Tiblisi prospektinin bir hissəsinin, Suraxanı rayonunun isə O.Şabanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Geri dön |