2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 478.3 kq qızıl, 776.6 kq isə gümüş istehsal edilib.
Qarabaginfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 81.4%, gümüş istehsalı isə 36.8% artıb.
Qeyd edək ki, 2025-cü il mart ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 160.4 kq və 668.9 kq təşkil edib.