Ana Sayfa > Karusel / Multimedia > Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 10% artıb
Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 10% artıb17-03-2025, 15:12. Yazar: Admin |
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 554 milyon manat dəyərində xidmət göstərib. Bu barədə Qarabaginfo.az-a Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6% çoxdur. İki ayda göstərilən xidmətlərin 70%-ni əhali istehlak edib. Xidmətlərdən əldə edilən gəlirin 35,2%-i və ya 194,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Geri dön |