Ana Sayfa > Karusel / Sosial > Vəfat edən xalq artisti Ənvər Həsənov Buzovnada dəfn olunacaq
Vəfat edən xalq artisti Ənvər Həsənov Buzovnada dəfn olunacaq16-03-2025, 23:06. Yazar: Admin |
Xalq artisti Ənvər Həsənov vəfat edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə APA-ya onun ailə üzvləri məlumat verib. Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb. Xalq artisti Ənvər Həsənov Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində ailə qəbiristanlığında dəfn olunacaq. Qarabaginfo.az xəbər verir ki, bu barədə APA-ya aktyorun ailə üzvləri məlumat verib. Geri dön |