Ana Sayfa > Karusel / Sosial > Sabah 30 dərəcə isti olacaq

Sabah 30 dərəcə isti olacaq


15-03-2025, 13:48. Yazar: Admin

Sabah 30 dərəcə isti olacaq

 

Bakıda və Abşeron yarımadasında martın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 25-30° isti, dağlarda gecə 3-8° isti, gündüz 20-25° isti olacaq.


Geri dön