İsmayıllı rayonu ərazisində zəlzələ olub. “Qafqazinfo”nun Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar saat 18:10-da İsmayıllıdan 14 km cənub-şərq istiqamətdə qeydə alınıb. Dörd bal gücündə olan zəlzələ hiss edilməyib.