Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Ana Sayfa > Karusel / Dünya > Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib

Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib


14-03-2025, 23:07. Yazar: Admin

Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində keçirdikləri əməliyyatla Rusiya qüvvələrini digər ərazilərdən uzaqlaşdıraraq öz vəzifəsini yerinə yetirib.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“İndi vəziyyət çox çətindir. Bu əməliyyata görə əsgərlərimizə ancaq təşəkkür edə bilərəm. Onlar, tapşırığı yerinə yetirdilər. Əvvəlcə Xarkov istiqamətində təzyiq azaldı, sonra onlar qoşunlarını şərq istiqamətindən çıxarmağa başladılar. Düşünürəm ki, hazırda Pokrovsk istiqamətində vəziyyət stabildir”, - deyə Zelenski bildirib.

Qeyd edək ki, son bir həftə ərzində Rusiya ordusu Kursk vilayətinin bir çox yaşayış məntəqəsini, o cümlədən 7 aydan artıq Ukraynanın nəzarətində olan Sudja şəhərini nəzarətə götürüb.


Geri dön