Ana Sayfa > Karusel / Gündəm > Hərbi qeydiyyat əleyhinə inzibati xəta törədənlərin sayı məlum olub
Hərbi qeydiyyat əleyhinə inzibati xəta törədənlərin sayı məlum olub14-03-2025, 11:57. Yazar: Admin |
Ötən il 385 nəfər vətəndaş hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xəta törədib. Qarabaginfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb. Qeyd edilib ki, “ASAN xidmət" mərkəzlərində vətəndaş müraciətlərinin cavablandırılması zamanı hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən 385 nəfər vətəndaş barəsində inzibati xəta haqqında protokollar tərtib olunub. Geri dön |