Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycan elektrik enerjisinin ixracını kəskin artırıb
Azərbaycan elektrik enerjisinin ixracını kəskin artırıb14-03-2025, 10:29. Yazar: Admin |
Bu ilin yanvar–fevral aylarında Azərbaycanda 4 864,8 mln. kVt-saat elektrik enerjisi istehsal olunub. Qarabaginfo.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Operativ məlumatlara əsasən, hesabat dövründə elektrik enerjisinin ixracı 301,5 mln. kVt-saat, idxalı isə 19,5 mln. kVt-saat olub. “Bu dövrdə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 510,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib”, - paylaşımda qeyd olunub. Beləliklə, illik müqayisədə hesabat dövründə elektrik enerjisiin istehsalı 3,8%, ixracı 36% artıb, idxalı isə 40% azalıb. Geri dön |