Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Qarabağ > Serj Sarkisyana yeni ittihamlar irəli sürülüb
Serj Sarkisyana yeni ittihamlar irəli sürülüb12-03-2025, 15:46. Yazar: Admin |
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı yeni ittihamlar irəli sürülüb. Qarabaginfo.az xəbər verir ki, İsakov prospektinə və Yerablur hərbi panteonuna bitişik torpaq sahələrinin qanunsuz olaraq özgəninkiləşdirilməsi faktı ilə bağlı başlanmış cinayət işində Serj Sarkisyana qarşı xüsusi külli miqdarda mənimsəmə, xüsusi külli miqdarda çirkli pulların yuyulması cinayət işi üzrə ittiham irəli sürülüb. Sarkisyan barəsində heç yerə getməmək barədə yazılı iltizam tədbiri seçilib. Geri dön |