Ana Sayfa > Karusel / Multimedia > Audiovizual Şura yerli TV-lərin HD yayımı dayandırması ilə bağlı iddialara aydınlıq gətirib

Audiovizual Şura yerli TV-lərin HD yayımı dayandırması ilə bağlı iddialara aydınlıq gətirib


11-03-2025, 16:17. Yazar: Admin

Audiovizual Şura yerli TV-lərin HD yayımı dayandırması ilə bağlı iddialara aydınlıq gətirib

Audiovizual Şura yerli televiziya kanallarının HD yayımı dayandırması ilə bağlı iddialara aydınlıq gətirib.

Bu barədə Qarabaginfo.az-a şuradan məlumat verilib.

"Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə televiziya kanallarının həm HD, həm də SD formatda yayımı həyata keçirilir.

Bu yayımlarla bağlı hazırda heç bir problem yoxdur və normal keyfiyyətdə aparılır.

Televiziya kanallarının HD yayımını dayandırması ilə bağlı bəzi sosial şəbəkə hesabları vasitəsilə yayılan xəbərlər həqiqəti əks etdirmir", - məlumatda qeyd olunub.


Geri dön