Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ bu şəxslərin “green card”ını ləğv edəcək
Ana Sayfa > Karusel / Dünya > ABŞ bu şəxslərin “green card”ını ləğv edəcək

ABŞ bu şəxslərin “green card”ını ləğv edəcək


11-03-2025, 11:47. Yazar: Admin

 

green card
green card

ABŞ hökuməti ötən il Fələstin etirazlarına rəhbərlik edən Nyu-Yorkdakı Kolumbiya Universitetinin fələstinli aspirantı Mahmud Xəlili saxlayıb.

Qarabaginfo.az xarici KİV-ə istinadla xəbər verir ki, o, saxlanıldıqdan sonra “green card”ı ləğv edilib.

Eyni zamanda ABŞ Dövlət katibi Marko Rubio da vəziyyətlə bağlı “X” hesabında paylaşım edib:

“Amerikadakı Həmas tərəfdarlarının vizalarını və ya yaşıl kartlarını ləğv edəcəyik ki, onlar deportasiya oluna bilsinlər”,-  deyə o əlavə edib.

Qeyd edək ki, Donald Tramp ABŞ prezidentliyinə namizəd olarkən kampusda Fələstinə etiraz edən tələbələrin ABŞ vətəndaşı olduqları təqdirdə həbs ediləcəyini, əcnəbi olduqları təqdirdə deportasiya ediləcəyini vəd etmişdi.


Geri dön