Ana Sayfa > Karusel / Multimedia > “Aztelekom”: İki ildə internetin sürəti 1,4 dəfə artıb
“Aztelekom”: İki ildə internetin sürəti 1,4 dəfə artıb10-03-2025, 17:51. Yazar: Admin |
Son iki ildə Azərbaycanda genişzolaqlı internetin illik orta sürəti 1,4 dəfə artıb. Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Aztelekom” MMC-nin baş direktorunun vəzifələrinin müvəqqəti icraçısı Həsən Ömərov deyib. O qeyd edib ki, 2024-cü ilin yanvar ayına olan məlumata əsasən bu göstərici 66 Mbit/s-ni keçib: “Son 4 il ərzində ölkədə sabit genişzolaqlı yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatıb, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edilib”. Geri dön |