Ana Sayfa > Karusel / Hadisə > 17 yaşlı oğlan özünü 15-ci mərtəbədən atdı - Foto
17 yaşlı oğlan özünü 15-ci mərtəbədən atdı - Foto10-03-2025, 17:07. Yazar: Admin |
Martın 9-u gecə saatlarında Sumqayıt şəhərində intihar hadisəsi baş verib. qarabaginfo.az xəbər verir ki, hadisə saat 02 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb. Belə ki, Corat qəsəbə sakini 2008-ci il təvəllüdlü Qadir Məmmədov binanın 15-ci mərtəbəsindəki eyvandan özünü atıb. O, hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır. Mərhumun qohumu Oxu.az-a açıqlamasında Qadirin idmanla məşğul olduğunu və hadisə vaxtı yanında başqa şəxslərin olduğunu deyib. O bildirib ki, hadisənin şantajla bağlı olması ehtimal edilir: “Qadir özünü atmamışdan əvvəl anasına zəng edərək halallaşıb”. Geri dön |