Ana Sayfa > Karusel / Sosial > Sabah bəzi ərazilərdə 22 dərəcə isti olacaq
Sabah bəzi ərazilərdə 22 dərəcə isti olacaq10-03-2025, 13:13. Yazar: Admin |
Martın 11-də gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeronda hava şəraiti Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək. Temperatur və külək proqnozu Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % olacaq. Rayonlarda gözlənilən hava durumu Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq. Geri dön |