Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Britaniyanın Rusiyadakı səfirliyinin nümayəndəsi XİN-ə çağırılıb
Ana Sayfa > Karusel / Dünya > Britaniyanın Rusiyadakı səfirliyinin nümayəndəsi XİN-ə çağırılıb

Britaniyanın Rusiyadakı səfirliyinin nümayəndəsi XİN-ə çağırılıb


10-03-2025, 12:23. Yazar: Admin

Britaniyanın Rusiyadakı səfirliyinin nümayəndəsi XİN-ə çağırılıb

Böyük Britaniyanın Moskvadakı səfirliyinin nümayəndəsi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirib ki, Britaniya səfirliyinin nümayəndəsi iki britaniyalı diplomatın kəşfiyyat fəaliyyəti əlamətlərinə görə akkreditasiyasının ləğvi ilə əlaqədar Rusiya XİN-ə çağırılıb.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) iki britaniyalı diplomatın kəşfiyyat fəaliyyəti əlamətlərinə görə Rusiya Federasiyasında akkreditasiyadan məhrum edilməsi barədə məlumat yayıb. FSB akkreditasiyası ləğv edilən britaniyalı diplomatların adlarını da açıqlayıb. Belə ki, onlar Böyük Britaniya səfirliyinin ikinci katibi Alkeş Odedra və digər diplomat Tabasuç Raşidin həyat yoldaşı Maykl Skinnerdir. Onlar iki həftə ərzində Rusiyanı tərk etməlidir.


Geri dön