Ana Sayfa > Karusel / Siyasət > Şahin Babayev: “Onlayn Azərbaycan” layihəsi uğurla tamamlanıb
Şahin Babayev: “Onlayn Azərbaycan” layihəsi uğurla tamamlanıb10-03-2025, 11:10. Yazar: Admin |
"Onlayn Azərbaycan" layihəsi uğurla tamamlanıb və bu, Azərbaycanın rəqəmsal transformasiya yolunda atdığı ən vacib addımlardan biri olub". Qarabaginfo.az xəbər verir ki, bunu “”Onlayn Azərbaycan” Rəqəmsallaşmada yeni mərhələ” adlı tədbirdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin icraçı direktoru Şahin Babayev deyib. Ş.Babayev qeyd edib ki, “Onlayn Azərbaycan" layihəsi ölkənin bütün ərazilərində həm biznes, həm də təsərrüfatların müasir texnologiyalar vasitəsilə yüksək sürətli, sabit, genişzolaqlı internetlə təmin olunmasını hədəfləyib: Ş.Babayev vurğulayıb ki, son 4 il ərzində Azərbaycanda sabit, genişzolaqlı, yüksək sürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatıb: "Nəticədə ölkənin sabit, genişzolaqlı internetlə əhatəsi tam təmin olunub. Bu uğurlar göstərir ki, layihə yalnız internet infrastrukturunu yaxşılaşdırmayıb, həm də ölkənin rəqəmsal gələcəyini formalaşdıran strateji addımlardan biri olub". Geri dön |