Şimali Koreya cənub istiqamətində dənizə bir neçə ballistik raket buraxıb.
Pxenyan ABŞ-Cənubi Koreyanın hərbi təlimlərinə cavab verib
Qarabaginfo.az “Associated Press“ə istinadən xəbər verir ki, bu addım ABŞ və Cənubi Koreyanın ötən həftə “Azadlıq Qalxanı” adlı birgə hərbi təlimlərə başlamasına cavab olaraq atılıb.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi faktı təsdiqləyib.
Şimali Koreya: “Azadlıq Qalxanı” Təhlükəli Təxribatdır
Bu arada, rəsmi Pxenyan hərbi manevrləri təhlükəli təxribat adlandıraraq, onun bölgədə hərbi intervensiya riskini artırdığını açıqlayıb.