Ana Sayfa > Karusel / Cəmiyyət > Ramazanın 10-cu gününün duası - İmsak və iftar vaxtı
Ramazanın 10-cu gününün duası - İmsak və iftar vaxtı9-03-2025, 22:29. Yazar: Admin |
Sabah Ramazan ayının onuncu günüdür. Qarabaginfo.az xəbər verir ki, imsak vaxtı saat 05:35-də, iftar vaxtı isə 18:56-dadır. 10-cu günün İmsak duası: “Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət- talibin”. Tərcüməsi: “İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!” İftar duası: “Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!” Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!” Allah orucunuzu qəbul etsin! Geri dön |