Ana Sayfa > Karusel / Kriminal > Məktəbdəki bıçaqlanmaya görə sektor müdiri cəzalandırıldı

Məktəbdəki bıçaqlanmaya görə sektor müdiri cəzalandırıldı


9-03-2025, 22:26. Yazar: Admin

mektebdeki-bicaqlanmaya-gore-sektor-mudiri-cezalandirildi

Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayon Təhsil sektorunun müdiri Rahib Burcəliyev cəzalandırılıb. 

Qarabaginfo.az “Unikal”a istinadən xəbər verir ki, sektor müdirinə Təhsil İdarəsi tərəfindən şiddətli töhmət verilib. 

Bundan başqa, Ucar rayonu Rəstəcə kənd tam orta məktəbinin direktoru Rahib Rəsulova da eyni cəza verilib. 

Buna səbəb ötən ay məktəbdə 9-cu sinif şagirdinin sinif yoldaşını bıçaqlaması olub.


Geri dön