Ana Sayfa > Karusel / Dünya > Xerson vilayətində bazara raket zərbəsi nəticəsində 3 nəfər ölüb
Xerson vilayətində bazara raket zərbəsi nəticəsində 3 nəfər ölüb9-03-2025, 22:08. Yazar: Admin |
Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin Velikie Kopani kəndindəki bazara HİMARS reaktiv yaylım atəşi sistemi ilə endirdiyi zərbə nəticəsində 3 nəfər həlak olub. Qarabaginfo.az xəbər verir ki, bu haqda vilayətin təcili yardım xidmətindən məlumat verilib. Həlak olanlardan birinin xəstəxanaya aparılarkən yolda, ikisinin isə hadisə yerində dünyasını dəyişdiyi bildirilir. Ukrayna Ordusu Rusiyanın nəzarətində olan Xerson vilayətinin Velikie Kopani kəndində bazara iki raket zərbəsi endirib.
Geri dön |