Ana Sayfa > Karusel / Dünya > Almaniya qorxuya düşdü: ABŞ F-35-ləri uzaqdan söndürə bilər
Almaniya qorxuya düşdü: ABŞ F-35-ləri uzaqdan söndürə bilər9-03-2025, 15:20. Yazar: Admin |
Almaniya Trampın satılan döyüş təyyarələrini metal qırıntısına çevirə biləcəyindən qorxur. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb. Almaniya ABŞ-dan 8 milyard avroya 35 ədəd F-35A qırıcısı almağı planlaşdırır. Bununla belə, Donald Trampın bu təyyarələri uzaqdan sıradan çıxara biləcəyi ilə bağlı narahatlıqlar artır. Təyyarə ABŞ-ın hər zaman onu söndürə biləcəyi “Kill Switch” adlanan qurğu ilə təchiz oluna bilər”, - nəşr bildirib. Almaniyanın “Hensoldt” silah şirkətinin kommunikasiya bölməsinin rəhbəri Yoahim Şrantshover nəşrə açıqlamasında deyib ki, F-35-in “Kill Switch” sadəcə şayiə deyil. Bloklanma döyüş tapşırığını planlaşdırma sistemi vasitəsilə baş verə bilər, bu halda təyyarə sadəcə yerdə qalacaq.
Geri dön |