Ermənistanın şimalında baş verən zəlzələdən sonra afterşoklar qeydə alınıb.
Qarabaginfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Seysmik Mühafizə Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Spitak şəhərindən 9 km şimalda yerləşib, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşirib.
Güc 3,2 bal olub. Episentrdə yeraltı təkanlar 4 bal təşkil edib.
Yeraltı təkanlar Lori, Tavuş və Şirak rayonlarında 4-6 bal, Kotayk, Geqarkunik və Araqatsotn rayonlarında isə 2-4 bal gücündə hiss olunub. Dağıntı və tələfat barədə məlumat yoxdur.