Ana Sayfa > Karusel / Kriminal > DYP “avtoş” Adıgözəlovu həbs etdi

DYP “avtoş” Adıgözəlovu həbs etdi


8-03-2025, 12:48. Yazar: Admin

 

Nəsimi rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qarabaginfo.az-a bildirilib ki, Nəsimi RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilən növbəti tədbir zamanı paytaxt ərazisində idarə etdiyi nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq edən sürücü – C.Adıgözəlov saxlanılıb.

Onun barəsində toplanmış material və sübutlar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə C.Adıgözəlovun sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.


Geri dön