Ana Sayfa > Karusel / Müsahibə > Tanınmış gitaraçı Nofəl Süleymanovu öldürməkdə təqsirləndirilən oğlunun məhkəməsi başlayır

Tanınmış gitaraçı Nofəl Süleymanovu öldürməkdə təqsirləndirilən oğlunun məhkəməsi başlayır


30-11-2020, 11:04. Yazar: Admin

 

Tanınmış gitaraçı Nofəl Süleymanovu öldürməkdə təqsirləndirilən oğlunun məhkəməsi başlayır

Tanınmış gitaraçı Nofəl Süleymanovu ehtiyatsızlıqdan öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlu Şövqü Süleymanov barəsindəki cinayət işinin istintaqı başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rauf Əhmədovun icraatına verilib.

Qeyd edək ki, Nizami rayon Prokurorluğunun yaydığı məlumata görə, 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan “Escot” markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Nizami rayon prokurorluğu tərəfindən Ş.Süleymanov barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham olunur.

 


Geri dön