Ana Sayfa > Karusel / Sosial > FHN qar uçqunu təhlükəsi ilə əlaqədar dağlıq ərazilərdə yaşayanlara müraciət edib - VİDEO
FHN qar uçqunu təhlükəsi ilə əlaqədar dağlıq ərazilərdə yaşayanlara müraciət edib - VİDEO5-03-2025, 09:58. Yazar: Admin |
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində arabir güclənən cənub-qərb küləyi fonunda havanın temperaturunun tədricən yüksəlməsi bəzi yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsini yaradır. Bu bartədə Qarabaginfo.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qar uçqunundan qorunmaq üçün uçqun ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək, qar uçqunu başladıqda isə dərhal qaçaraq onun yolu üstündən kənara çıxmağa çalışmaq, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənmək lazımdır. Əgər qar uçqunundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək dizlərinizi özünüzə sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin.
Eyni zamanda, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin! Geri dön |