Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Moskvada Heydər Əliyevin abidəsinin təməli qoyulub
Ana Sayfa > Karusel / Siyasət > Moskvada Heydər Əliyevin abidəsinin təməli qoyulub

Moskvada Heydər Əliyevin abidəsinin təməli qoyulub


4-03-2025, 13:50. Yazar: Admin

Moskvada Heydər Əliyevin abidəsinin təməli qoyulub

Rusiya paytaxtında Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin abidəsi qoyulacaq.

Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, Ulu Öndərin abidəsi Azərbaycanın Rusiyadakı səfirliyinin yanındakı Nizami Gəncəvinin heykəli olan parkda qoyulacaq.

Bu gün həmin parkda Heydər Əliyevin abidəsinin təməli qoyulub. Təməlqoyma mərasimində Moskva meri Sergey Sobyanin, Rusiya baş nazirinin müavini Vitali Savelyev, Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və digər rəsmi şəxslər iştirak ediblər.

Abidənin qoyulmasının təşəbbüskarları Heydər Əliyevin rəhbərliyi ilə işləmiş Baykal-Amur Magistralının (BAM) tikintisinin veteranları olub./Apa


Geri dön